Səhiyyə Nazirliyindən aptek müdirlərinə xəbərdarlıq edilib

img

22-04-2009 [12:36]


Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsinin mütəxəssisləri tərəfindən Bakı şəhərində fəaliyyət göstərən əczaçılıq müəssisələrində keçirilən növbəti baxış zamanı xeyli nöqsanlar aşkarlanıb. Nazirliyin mətbuat xidmətindən aldığımız məlumata görə, əsas nöqsan apteklərin vahid respt blanklarında yazılmayan dərmanların icazəsiz satışını həyata keçirməsidir. Bununla əlaqədar Bakı şəhərində 5 əczaxana cərimələnib. Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Səhiyyə Nazirliyi bütün aptek rəhbərlərinə növbəti xəbərdarlığını edib. Onlardan tələb olunub ki, əczaxanalarda dərmanların satışını yalnız xüsusi resept blanklarında, müvafiq qaydada tərtib olunmuş vahid reseptlər əsasında həyata keçirsinlər. Qeyd olunan tələblərə əməl etməyən apteklər qarşı daha ciddi tədbir görüləcəyi bildirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA