Tibb izçilərinin növbəti attestasiyası keçiriləcək

img

22-04-2009 [12:33]


Bu ilin iyun ayında həkimlərə terapiya, pediatriya, cərrahiyyə, mamalıq-ginekologiya ixtisasları və təcili təxirəsalınmaz tibbi yardım üzrə ixtisas dərəcəsinin verilməsi üçün attestasiya keçiriləcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Səhiyyə Nazirliyi tibbi yardımın təşkili şöbəsindən məlumat verilib. Nazirlik bu gündən attestasiya ilə bağlı sənəd qəbulu da elan edib. Tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi əvvəlki kimi könüllülük prinsipi əsasında olacaq. Tibbi yardımın təşkili şöbəsinin məlumatına görə, sənədlərin qəbulu mayın 1-də başlayacaq, iyunun 1-də yekunlaşacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA