Siyasi məhbuslarla bağlı siyahı hüquq müdafiəçiləri arasındakı ziddiyyətləri daha da dərinləzdirib

img

21-04-2009 [08:19]


[b]Leyla Yunusun AŞ PA-ya təqdim etdiyi siyahıda terrorçuların da siyasi məhbus kimi təqdim edilməsi birmənalı qarşılanmır[/b] ?Biz konkret olaraq, hansısa məsələni qaldırmaq yox, söhbət zamanı Avropa Şurasının nümayəndələrini və rəhbərlərini maraqlandıran bu və digər məsələlərə fikir bildirəcəyik.? Bu sözləri Müstəqil İnformasiya Agentliyinə (mia.az) AŞ PA-nın yaz sessiyasına səfəri ərəfəsində Demokratiya və İnsan Hüquqları Komitəsinin rəhbəri Çingiz Qənizadə deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, budəfəki səfərin əsas məqsədi Azərbaycana təyin edilmiş siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasserlə görüşməkdir: ?Bildiyimiz kimi, Avropa Şurasının nümayəndələri Azərbaycana gəlir, monitorinqlər keçirir və öhdəliklərlə bağlı iki tərəf arasında fikir mübadiləsi aparılır. Bu dəfə də ölkəmizə yeni təyin edilmiş məruzəçi ilə görüş zamanı siyasi məhbus məsələsi müzakirə ediləcək?. Hüquq müdafiəçisinin sözlərinə görə, siyasi məhbuslarla bağlı Avropa Şurasına iki fərqli siyahı təqdim olunub. Onu da bildirək ki, Leyla Yunusun tərtib etdiyi siyahı xeyli müddətdir hüquq müdafiəçiləri arasında narazılıqla qarşılanır. AŞ PA-nın yaz sessiyası ərəfəsində isə bu, hüquq müdafiəçiləri arasındakı narazılığı daha da artırıb. Ç.Qənizadə isə deyir ki, birinci siyahıda o vaxt Prezidentin təşəbbüsü ilə yaradılan İşçi Qurupun hazırladığı 25 nəfərin adı var: ?İkinci isə hüquq müdafiəçisi Leyla Yunusun göndərdiyi 66 nəfərlik siyahıdır. Gördüyünüz kimi, siyahıda göstərilən rəqəmlər xeyli fərqlidir. Məlumat üçün qeyd edim ki, artıq Federasiya yoxdu və bütün üzvlər oranı tərk ediblər. Leyla Yunus isə Federasiya adından müəyyən siyahılar təqdim edir. Amma bizim təqdim etdiyimiz siyahı İşçi Qrupunda təmsil olunan 9-10 təşkilatın siyahısıdır. Ümumiyyətlə, mən siyahılar üzərində müzakirələrin aparılmasının tərəfdarıyam. Onu da qeyd edim ki, Leyla Yunusun tərtib etdiyi siyahıda 15 nəfərə yaxın ?Sadval?çının da adı var. Bundan əlavə, siyahıda ölkə sərhədlərini qanunsuz keçən terror təşkilatına aid insanların da adları qeyd edilib. Ancaq bizim siyahıda qanunla vaxtından tez azad olunmağa haqqı olan insanların adları yazılıb?. Ç.Qənizadənin sözlərinə görə, siyahıdakı fikir ayrılığı AŞ PA nümayəndələrini də çaşdırır: ?Bizim təqdim etdiyimiz siyahı hüquq müdafiəçilərinin ümumi razılığa gəldiyi siyahıdır. Amma əks tərəf, yəni Leyla Yunus yenə də öz ampluasına uyğun siyahılar tərtib edir. Beynəlxalq təşkilatların nümayəndələri də bu siyahılar arasında çaş-baş qalır və məsələnin həllində onlar üçün problem yaranır. Ona görə də bu məsələyə gec-tez aydınlıq gətirilməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA