Paytaxtda təcili yardıma müraciət edənlərin sayı artıb

img

21-04-2009 [06:38]


Son bir ildə Bakı Şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edən xəstələrin sayında 44 min artıb qeydə alınıb. Stansiya hazırda sutka ərzində təxminən 1450-1500 zəng qəbul edir. Bakı Şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidovun sözlərinə görə, ötən il paytaxt ərazisində təcili tibbi yardım xidmətinə 426050 müraciət daxil olub. Təcili tibbi yardım briqadaları əvvəllər olduğu kimi, tıxaclardan, bəzi sürücülərin yol hərəkəti qaydalarını bilməməsindən narazıdır. Bundan başqa, bir sıra binalarda nömrələri göstərən lövhələrin asılmaması, həyətlərin girişinə icazəsiz baryer və şlaqbaumların qoyulması da tibbi işçilərinin çağırış yerinə vaxtında yetişməsinə mane olur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA