Deputatlar, jurnalistlər və veteranlar qan verəcəklər

img

21-04-2009 [06:31]


Parlament Jurnalistlər Birliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin təşəbbüsü ilə qanvermə aksiyası keçiriləcək. Aksiyanın təşkilatçıları Müstəqil İnformasiya Agentliyinə bildiriblər ki, bu humanitar tədbir Şuşanın işğalının növbəti ildönümü ərəfəsində gerçəkləşdiriləcək. Məqsəd qan xəstəliklərindən əziyyət çəkənlərə qismən də olsa kömək etməkdir. Təşkilatçılar deyiblər ki, bu aksiyanın vaxtı simvolik məna daşıyır. Yəni bununla torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qan verməyə hazır olduqlarını bəyan edirlər. Qeyd edək ki, aksiyada təkcə keçmiş döyüşçülər və jurnalistlər qan verməyəcəklər. Belə ki, bir qrup millət vəkili də bu tədbirdə iştirak edəcəklərini təşkilatçılara bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA