icra bazçıları böyük tədbirə hazırlazır

img

21-04-2009 [04:19]


Mayın 10-u Heydər Əliyevin doğum günü münasibətilə Azərbaycanda Gül bayramıdır. Həmin gün Bakı şəhəri güllərə qərq olacaq. Bakı şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova Müstəqil İnformasiya Agentliyinə bildirib ki, Gül bayramı ilə əlaqədar bütün təşkilatı işlər görülüb: ?Artıq neçə ildir ki, bu bayram ölkəmizdə böyük mərasim halını alıb. Ötən il Gül bayramı Heydər Əliyev Sarayının qarşısında keçirildi. Yenə Heydər Əliyev Sarayının qarşısı nəzərdə tutulub?. N,Mərdanovanın dediyinə görə, bunun səbəbi Dənizkənarı Milli Parkda aparılan abadlıq və tikinti işləri ilə bağlıdır: ?Belə bir vəziyyətdə bayramın orada keçirilməsi düzgün deyil?. O ki qaldı ölkəyə nə qədər gül-çiçəyin gətiriləcəyinə, Nuranə xanım, bu barədə geniş məlumata malik olmadığını deyib. Onun fikrincə, həmin gün daha çox ekspazisiyalardan istifadə ediləcək. ?Güllərin ekspazisiyaları artıq hazırdır. Ekspazisiyalar rəssamlar tərəfindən işlənilib. Hər birinə də ayrıca baxılıb və qarar verilib?. N.Mərdanovanın sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi Gül bayramına şəhərin bütün rayonları qoşulub: ?Bakının 11rayonunun hər biri bu bayramı öz ərazisində qeyd edəcək. Onların nümayəndələri isə Heydər Əliyev Sarayının qarşısındakı böyük bayrama dəvətlidir. Onu da qeyd edim ki, bayram günü paytaxt sakinlərini çoxlu sürpizlər də gözləyir. Amma bu barədə hələlik ətraflı məlumat vermək istəmirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA