Magistr pilləsinə qəbul imtahanlarına sənəd qəbulu baza çatıb

img

21-04-2009 [03:16]


Bu gün saat 12:00-da ali məktəblərin magistr pilləsinə qəbul imtahanlarına sənəd qəbulu başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, ümumilikdə magistr pilləsində təhsil almaq üçün 15 400 nəfər ərizə verib. Ərizə verən bakalavrlardan yalnız 15 179-u ərizələrini təsdiqlədib. 13 236 nəfər bakalvr Azərbaycan, 1943 bakalavr isə rus bölməsi üzrə sənəd verib. Xatırladaq ki, ali məktəblərin magistratura pilləsinə imtahanın birinci mərhələsi may ayının 3-də keçiriləcək. Birinci mərhələdən müvafiq bal toplayanlar iyun ayının 21-də keçiriləcək ikinci imtahana buraxılacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA