Azərbaycanın suverenliyi təhlükə altına düzə bilər

img

20-04-2009 [09:14]


?Ermənilərə hər hansı güzəştin edilməsi onları daha da şirnikləndirə bilər. Əgər danışıqlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində aparılıbsa və Laçın dəhlizi Dağlıq Qarabağda humanitar məqsədlə istifadə oluncaqsa, buna ?hə? demək olar?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə politoloq Qabil Hüseynli ölkə başçısı İlham Əliyevin Moskvada açıqladığı Qarabağ konsepsiyasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Laçın və Kəlbəcər rayonu Dağlıq Qarabağın statusu həll edilənə qədər girov kimi saxlanılır: ?Dağlıq Qarabağın statusu ən yüksək səviyyədə həll olunacaqsa, Laçın dəhlizi də daxil olmaqla Dağlıq Qarabağ Azərbaycanın süverenliyindən çıxacaqsa, onda bu, ciddi nəticələr doğura bilər. Laçın rayonunun da bir hissəsi Laçın dəhlizinin ətrafında bufer zonası kimi nəzərdə tutulur. Hələlik bufer zonanın həcmi müəyyənləşməyib. Ancaq ermənilər bunun üçün 20 km-lik ərazi istəyirlər. Belə olanda Laçın rayonu az qala tamamilə bufer zonaya daxil olur. Bundan başqa, bufer zonada və ya regionda sülhməramlı qüvvələrin yerləşdirilməsi Azərbaycanın suverenliyinin təhlükə altına düşməsi deməkdir?. Q.Hüseynli həm də bildirib ki, Avropa qaz məsələsində Azərbaycana axıra qədər səmimiyyət nümayiş etdirmədi: ?Açığı, istəməzdim ki, Azərbaycan öz qazını Rusiyaya satsın. Dünyanın bir nömrəli dövlətinin başçısı Türkiyəyə gələrək, Ermənistanla sərhədlərin açılması məsələsilə məşğul olur. Halbuki bu gün Amerikanın gündəliyində duran əsas məsələ ? Əfqanıstan, İraq və beynəlxalq terrorizmlə bağlı məsələlərdir. Həmin məsələlərdə Azərbaycan rəsmi Vaşinqton üçün əsas strateji partnyorlardan biridir. Belə olan halda Azərbaycanın Rusiyanın ayağına verilməsi siyasi xətadan başqa bir şey deyil. Digər tərəfdən, ?Nabucco? layihəsi gecikdirildi. Bu layihəyə Avropa dövlətləri kifayət qədər investisiya ayırmaq istəmədilər. Ən başlıcası isə, ?Nabucco?nun alıcıları axıra qədər formalaşdırıla bilmədi. Beləliklə, layihə mütərəqqi və cəlbedici olsa da, bir çox baxımdan havadan asılı vəziyyətdə qaldı. Türkiyə ?Azərbaycan qazını alım və mən satım? iddiası ilə çıxış etdi. Avropa isə Azərbaycan qazına yüksək qiymətlər təklif etmədi. Bu məqamdan istifadə edən ?Qazprom? Avropa və Türkiyənin təklif etdiyi qiymətlərdən xeyli yüksək qiymət təklif etdi və Azərbaycanı öz tərəfinə çəkə bildi?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA