KiV rəhbərlərinin kəskin mübarizəsi bazlayıb

img

20-04-2009 [05:29]


Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasında təmsil olunacaq namizədlərin siyahısının açıqlanmaması müəyyən söz-söhbətlərin meydana çıxmasına rəvac verib. ?Media kapatanları?nın Müşahidə Şurasında təmsil olunmaq uğrunda mübarizəyə başladıqları bildirilir. Qeyd edək ki, Müşahidə Şurasının 9 üzvü olacaq. Bunlardan 6 nəfəri jurnalist təşkilatları və qəzet redaksiyalarını, 3 nəfəri isə müvafiq nazirlikləri təmsil edəcək. KİV-i təmsil edən 6 nəfər adı Mətbuat Şurasının siyahısında olan 18 jurnalist arasından seçiləcək. Prezident İlham Əliyevə təqdim olunacaq siyahı Mətbuat Şurasının İdarə Heyəti tərəfindən tərtib ediləcək. Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, Mətbuat Şurasının rəhbərliyi 18 nəfərlik siyahını tərtib edərkən ciddi problemlərlə üzləşib. Adının çəkilməsini istəməyən KİV rəhbərlərindən birinin verdiyi bilgiyə görə, Müşahidə Şurasında təmsil olunmaq istəyənlərin sayının həddən artıq çoxluğu İdarə Heyətini çətin vəziyyətdə qoyub. KİV rəhəbəri 18 nəfərlik siyahıya düşmək üçün quruma 100-ə yaxın jurnalistin müraciət etdiyini bildirib. Onun sözlərinə görə, MŞ İdarə Heyətində jurnalistləri təmsil edən 9 nəfərin hamısı adının Prezidentə təqdim olunacaq siyahıya salınmasına israr edir. Üstəlik, İdarə Heyətində ictimaiyyəti təmsil edən millət vəkili Aqil Abbas da Müşahidə Şurasına üzv olmağa çalışır. İdarə Heyətinin iki ehtiyat üzvünün ? ?Şərq? və ?Bakı Xəbər? qəzetlərinin baş redaktorları Akif Aşırlı ilə Aydın Quliyevin də ortaya iddia qoyduqları bildirilir. Mənbə MŞ-yə müxalif olan tanınmış jurnalistlər -Arif Əliyev, Yadigar Məmmədli, Qulu Məhərrəmli və Zeynal Məmmədlinin də prosesdən kənarda qalmaq istəmədiklərini vurğulayıb. Onun sözlərinə görə, bu şəxslər Əflatun Amaşovu MŞ-yə alternativ qurum yaradacaqları ilə hədələməklə, adlarının siyahıya salınmasına nail olmağa çalışırlar. Məlumatlı şəxs bizimlə söhbətdə iddialılar sırasında ?Yeni Müsavat? qəzetinin baş redaktoru Rauf Arifoğlunun, ?Olaylar? qəzetinin baş redaktoru Yunis Oğuzun, ?Yç nöqtə? qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızının, ?Ekspress? qəzetinin baş redaktoru Qəzənfər Bayramovun və digər KİV rəhbərlərinin adlarını çəkib. Onun sözlərinə görə, MŞ gözdən pərdə asmaq üçün müstəqil və müxalifət qəzetlərində çalışan bir-iki jurnalistin adını da siyahıya daxil etməyi düşünür. Bu isə rəqabət mühitini daha da gərginləşdirib. Mənbə ötən müddət ərzində siyahının açıqlanmamasını bu amillə əlaqələndirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA