Müsavat Partiyası iTV-nin binası qarzısında icazəsiz aksiya keçirə bilər

img

20-04-2009 [04:31]


Xəbər verildiyi kimi, Müsavat Partiyası aprelin 23-də İctimai Televiziyanın binası qarşısında efir vaxtı tələbi ilə etiraz aksiyası keçirməyi planlaşdırır. Müstəqil İnformasiya Agentliyinə məlumat verən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arfi Hacılı deyib ki, aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsələr də, hələ ki, cavab ala bilməyiblər: ?Əslində bizim müraciətimizə şənbə günü cavab verilməliydi, ancaq hələlik heç bir söz deyən yoxdur. Hesab edirik ki, icra hakimiyyəti həmişə olduğu kimi, yenə də qanunları pozaraq, bizim sərbəst toplaşmaq azadlığımızı məhdudlaşdırmaq istəyir?. A.Hacılı onu da bildirib ki, əgər BŞİH İTV-nin binası qarşısına təyin olunmuş aksiaya icazə verməsə, məsələ partiyada müzakirə olunacaq və müvafiq qərar veriləcək. İcazəsiz aksiyaların keçirilib-keçirilməyəcəyinə gəlincə, Arib bəy ?Bildiyiniz kimi, hakimiyyət uzun müddətdir ki, kütləvi etiraz aksiyalarının keçirilməsinə imkan vermir. İcazə verəndə də şəhərin kənarlarında yer göstərir. Amma biz icazəsiz aksiyalar keçirməkdən də çəkinmirik. Müsavat Partiyası olaraq, bir neçə dəfə buna cəd etmişik. Məsələ ondadır ki, razılaşdırılmamış aksiyalarda zorakılıq olur, partiya üzvlərimiz döyülür, təzyiqlərə məruz qalır. Buna görə də adətən razılaşdırılmamış aksiyalara getmirik?,- deyib. Müsavat yetkilisi onu da bildirib ki, əgər bu dəfə BŞİH İTV-nin binası qarşısında keçirilməsi nəzərdə tutulan aksiyaya razılıq verməsə, icazəsiz aksiyanın keçirilməsi də istisna deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA