çəkisi 45 kq-dan, boyu 150 sm-dən az olan çağırızçılar əsgər aparılmır

img

20-04-2009 [01:10]


18 yaşı tamam olmuş və möhlət hüququ olmayan 35 yaşadək vətəndaşların həqiqi hərbi xidmətə çağırışı davam edir. Aprelin 1-dən başlayan proses ayın 30-da yekunlaşacaq. Qeyd edək ki, Müdafiə Nazirliyi Təşkilat Səfərbərlik İdarəsinin nəzdində ?qaynar xətt? yaradılıb. Vətəndaşlar 438-61-31, 438-61-74 nömrəli telefonlara zəng edərək hərbi xidmətə çağırışla əlaqədar öz təklif və şikayətlərini çatdıra bilirlər. 20 gün ərzində ?qaynar xətt?ə 7 mindən çox zəng daxil olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə bildirilib ki, çağırış prosesində hərbi xidlmətə yararlı olmayan 18 yaşlı gəclərlə bağlı məsələlər diqqətlə araşdırılır. Belə gənclər arasında boy və çəkisinə görə hərbi xidmətə yararlı olmayanlar da var. Respublika Hərbi Komissarlığının II şöbəsinin əməkdaşı Tolik İsmayılov isə bildirib ki, mövcud qanunvericiliyə görə, çağırış yaşlı vətəndaşın boyu 150 sm-dən, çəkisi isə 45 kq-dan aşağı olarsa, o, hərbi xidmətə yararlı sayılmır: ?Əgər çağırış yaşlı gəncin bu iki parametrdən biri üzrə fiziki göstərici normaya uyğun gəlmirsə, onu hərbi xidmətə aparmırlar?. Müsahibimizin sözlərinə görə, belə gənclərə hər çağırış prosesi başlayan zaman çağırış vərəqəsi göndərilir ki, onların boyu və bədən çəkisinin artıb-artmadığı öyrənilsin. Dövlət Statistika Komitəsindən bildirilib ki, respublika üzrə 16-19 yaşlı oğlanların 5,4 faizinin bədənlərinin çəkisi normadan az, 21,9 faizin bədən çəkisi normaya yaxın, 70,6 faizinki normaldır. Bu yaşda olan oğlanların 2,1 faizinin bədənlərinin çəkisi piylənmə ərəfəsindədir. 20-29 yaşlı oğlanlar üzrə isə 0,6 faizin çəkisi normadan az, 7,1 faizin çəkisi normaya yaxın, 85,4 faizin çəkisi normal, 6,3 faizinki isə piylənmə ərəfəsindədir. 20-29 yaşlı oğlanların 0,6 faizi həddən artıq piylənib. Komitənin məlumatına görə, 16-19 yaşlı oğlanlarda orta boy 164,5 sm, 20-29 yaşlılarda isə 171,2 sm-dir. Bədənin çəkisinin orta əmsalı hesablanarkən çəki boyun metrlə ifadəsinin kvadratına bölünür. Məsələn, boy 175 sm, çəki 70 kq-sa, onda bədənin çəkisinin orta əmsalı 70 : (1,75)2 = 70 : 3,06 = 22,88 düsturu ilə hesablanır. Ümumdünya Səhiyyə Təşkilatının normalarına görə alınan nəticə 18-dən azdırsa, çəki həddən artıq azdır, 18-20 çəki normaya yaxındır, 20-27 normal çəki, 27-30 piylənmə ərəfəsi, 30-dan yuxarı həddən artıq piylənmədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA