Azərbaycandakı ahıl və əlillər üçün pansionatlarda 790 nəfər yazayır

img

20-04-2009 [01:06]


Hazırda Azərbaycanda ahıllar və əlillər üçün 7 internat evi fəaliyyət göstərir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Həmin müəssislərədə yerlərin sayı 1012, onlarda yaşayan ahıl və əlillərin sayı isə 790 nəfərdir. Bundan başqa, respublikamızda əqli cəhətdən geri qalan uşaqlar üçün 605 yerlik 2 internat evi də fəaliyyət göstərir ki, onlarda 300-dən çox uşaq yaşayır. Ahıllar və əlillər üçün internat evlərinin 4-ü Bakıda yerləşir. Bunlar Buzovna qəsəbəsindəki 9 saylı ruhi-əsəb internat evi, Bilgəh qəsəbəsindəki Müharibə və əmək əlilləri üçün pansionat, Ramana qəsəbəsindəki Gənc əlillərin əmək və istirahət evi, Mərdəkan qəsəbəsindəki 3 saylı ağıldankəm uşaqlar üçün internat evidir. Gəncədə Pensiyaçılara ərazi sosial xidmət mərkəzi, Şamaxıda 1 saylı ruhi-əsəb internat evi, Naxçıvan MR-in Şahbuz rayonunda Qoca və kimsəsizlər üçün pansionat, Göygöl rayonunda 8 saylı ruhi-əsəb internat evi, Abşeron rayonunun Saray qəsəbəsində 7 saylı ağıldankəm uşaqlar üçün internat evi yerləşir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA