Azərbaycan prezidenti Rusiyanın aparıcı KiV rəhbərləri ilə görüzüb

img

18-04-2009 [11:06]


Rusiyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev bu gün İTAR-TASS agentliyində Rusiya Federasiyasının aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb. İTAR-TASS agentliyinin baş direktoru Vitali İqnatenko bu görüşün Prezident İlham Əliyevin müxtəlif məsələlərə dair fikirlərini bilavasitə özündən eşitmək üçün yaxşı imkan olduğunu vurğulayıb. Dövlət başçısı Azərbaycan-Rusiya ikitərəfli münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın beynəlxalq energetika layihələrində iştirakı, dünyadakı iqtisadi və maliyyə böhranı şəraitində ölkəmizin iqtisadi inkişafı, regional məsələlər, Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu və digər məsələlər barədə suallara ətraflı cavab verib. Söhbətdə həmçinin Ümumrusiya Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin baş direktoru Oleq Dobrodeyev, Rusiyanın Birinci kanalının baş direktoru Konstantin Ernest, ?RİA Novosti? agentliyinin baş redaktoru Svetlana Mironyuk, ?Exo Moskvı? radiostansiyasının baş redaktoru Aleksey Venediktov, Rusiyanın aparıcı qəzet və jurnallarının rəhbərləri iştirak ediblər. Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da görüşdə iştirak edib. Bundan əlavə Azərbaycan prezidenti ?Rossiya? televiziyasının ?Vesti? xəbərlər kanalına da müsahibə verib. // AzərTAc

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA