ilham Əliyev Azərbaycanın xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib

img

18-04-2009 [06:42]


Prezident İlham Əliyev, ölkənin xristian icmasını Müqəddəs Pasxa bayramı münasibətilə təbrik edib. Təbrikdə qeyd olunur ki, Azərbaycanda tarixən mövcud olmuş tolerantlıq mühiti, etnik-mədəni müxtəliflik, xalqlar arasında mehriban dostluq və qardaşlıq münasibətləri cəmiyyətimizdə mütərəqqi əxlaqi-mənəvi dəyərlər sistemini formalaşdırıb və bu üstün keyfiyyətlər ictimai-siyasi həyatımızın aparıcı normasına çevrilib: ?Biz haqlı olaraq bunu xalqımızın tarixi nailiyyəti hesab edir, ölkədə sülhün, əmin-amanlığın, vətəndaş həmrəyliyinin daha da möhkəmləndirilməsi və dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində səylərimizi davam etdiririk. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan çoxminli pravoslav xristian icması milli-mənəvi dəyərlərini və adət-ənənələrini qoruyub saxlamaqla, ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında yaxından iştirak edir, vətəndaş cəmiyyəti quruculuğunda yüksək fəallıq göstərir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA