Azərbaycan müxalifəti Qarabağ məsələsi ilə bağlı vahid mövqeyə gələ bilmir

img

18-04-2009 [06:33]


Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son durumu, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi Azərbaycan müxalifətini bir sıra addımlar atmağa sövq edib. Belə ki, Demokratiya Uğrunda İttifaq Qarabağ forumunun keçirilməsi təklifini irəli sürüb. Bu barədə mətbuata açıqlama verən Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirib ki, indiki mərhələdə belə bir müzakirənin aparılması vacibdir. Onun fikirincə, müxalifət partiyaları bir araya gələrək, Qarabağ məsələsi ilə bağlı fikir mübadiləsi aparmalıdır. Deputat forumun keçirilməsi ilə bağlı bəzi siyasi qüvvələrlə məsləhətləşmələrin də aparıldığını nəzərə çatdırıb. Bəs görəsən, digər müxalifət nümayəndələri bu təklifi necə dəyərləndirirlər? Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu məsələdən xəbərsiz olduğunu bildirib: ?Məsələ ondadır ki, biz nə vaxt bu kimi məsələlərə münasibət bildiririksə, bizə qarşı silahlanırlar və başlayırlar qaralama kampaniyası aparmağa. Ona görə də bu cür təkliflərə fikir vermək istəmirəm. Konkret olaraq, nə vax bizə dəvətnamə göndərilər, bizimlə məsləhətləşmələr aparılarsa, ona mövqe bildirərik. Həmin təkliflə ətraflı tanış olandan sonra, onun günün tələblərinə nədərəcədə cavab verməsini, nə qədər aktual olmasını nəzərə alaraq, münasibət bildirərik. İndiki halda həmin ideya haqqında fikir bildirmək istəmirəm. Düzü bundan xəbərim də yoxdur, sizdən eşidirəm. Bilmirəm ki, söhbət nədən gedir, hansı məsələlər nəzərdə tutulub, görüləcək işin nəticəsi nə olacaq, bundan əvvəlki işlərdən nə ilə fərqlənəcək. Yəni bütün bunlara aydınlıq gətiriləndən sonra nəsə demək olar?. Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə isə belə bir forumun keçirilməsinə sıcaq yanaşdığını deyib. Onun sözlərinə görə, Qarabağ məsələsi ilə bağlı hər bir siyasi qüvvənin müzakirə aparması və öz mövqeyini ortaya qoyması vacib addımlardandır: ?Mən Qarabağla bağlı istənilən ümummilli mövqeyin ortaya qoyulmasına tərəfdaram. Əgər Qarabağ forumu keçirilərsə, iştirak edib münasibətimizi bildirərik. Çünki bunlar müzakirəyə ehtiyacı olan və ciddi qərarlar verilməsi lazım olan məsələlərdir?. İ.Ağazadə Ümid Partiyası ilə Qarabağ forumunun keçirilməsiylə bağlı hər hansı məsləhətləşmənin aparılmadığını da vurğulayıb. Millət vəkili deyib ki, sözügedən məsələ Qarabağ və Respublika Uğrunda Hərəkatda da müzakirə oluna bilər. Onun fikrincə, əgər bu təşəbbüs gerçəkləşərsə, hərəkatda təmsil olunan partiyaların orada iştirakında hər hansı problem olmaz.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA