Xalq yazıçısı Sabir Əhmədli vəfat etdi

img

17-04-2009 [08:40]


[b]Oğlu Qarabağda şəhid olan yazıçı ömrünün sonuna qədər əsl ziyalı mövqeyini qoruyub saxlamağı bacardı, yaltaqlıq və tərif yarışlarına qoşulmadı[/b] Aprelin 17-də Azərbaycanın xalq yazıçısı, Sabir Əhmədli uzun sürən xəstəlikdən sonra 79 yaşında vəfat edib. Sabir Əhmədli 1930-cu ildə anadan olub. Yazıçı ?Toğana?, ?Yasamal gölündə qayıqlar?, ?Qanköçürmə stansiyası? və s. kimi roman və povestlərin müəllifidir. Əslən Qarabağdan olan yazıçının taleyi Azərbaycanın taleyi ilə bir çox məqamlarda üst-üstə düşür. Oğlu Qarabağda şəhid olan yazıçı ömrünün sonuna qədər əsl ziyalı mövqeyini qoruyub saxlamağı bacardı, yaltaqlıq və tərif yarışlarına qoşulmadı, çirkin oyunların iştirakçısı olmadı. Xalq yazıçısının sonuncu iş yeri "Ədəbiyyat qəzeti"nin baş redaktoru vəzifəsi olub. Buradan Yazıçılar Birliyinin rəhbərliyi ilə yaranan fikir ayrılığına görə, işdən çıxarılıb. Allah rəhmət etsin! QayNar

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA