Azərbaycanın Rusiyaya qaz ixracı reallazmaq üzrədir

img

17-04-2009 [07:29]


[b]Prezident İlham Əliyev rusiyalı həmkarı Dmitrii Medvedev birgə mətbuat konfransı keçirib. Azərbaycan və Rusiya prezidentləri bu gün Moskvada enerji sahəsində əlaqələrin genişləndirilməsini müzakirə ediblər.[/b] Rusiya prezidenti Dmitri Medvedev aprelin 17-də Azərbaycan prezidenti ilə keçirdikləri birgə mətbuat konfransında bildirib ki, tam müqavilənin imzalanması üçün indi çox böyük irəliləyişlər var: - Şirkətlər birbaşa danışıqlar aparırlar. Artıq bir müddətdir ki, bu danışıqlar gedir. Mənim fikrimcə, tam razılaşma əldə etmək üçün bizim çox yüksək şanslarımız var. İlham Əliyev isə deyib ki, qazın Rusiyaya verilməsi başqa alternativlərlə müqayisədə daha az miqdarda əlavə investisiya tələb edir. Azərbaycan prezidenti bildirib ki, arada tranzit ölkə yoxdur və kəmərlər artıq qaz nəqlinə hazırdır: - Bizim tərəfdən qaz sahəsində əməkdaşlığa dair heç bir məhdudiyyət yoxdur və ola da bilməz. Azərbaycan üçün bu öz qazının ixracı yollarının müxtəlifləşdirilməsinin bir elementidir. Hazırda Azərbaycan qazı Avropa istiqamətində ixrac olunur. Əlbəttə, başqa ölkələr kimi qaz ixraçının müxtəliflərşdirilməsi və yeni bazarlar axtarışı Azərbaycan üçün də böyük maraq kəsb edir. Bu görüşdən bir qədər əvvəl hər iki ölkə 2010-cu ildə Azərbaycan qazının Rusiyaya verilməsi barədə ilkin razılaşma əldə ediblər. Qazın Moskvaya satılması Avropa Birliyinin çəkməyi planlaşdırdığı və Azərbaycanla birlikdə Orta Asiya qazının da Avropaya çatdırılmasını nəzərdə tutan Nabukko kəmərini heçə endirə bilər. AB Rusiyadan yan keçməklə qazı Avropaya ötürmək üçün nəzərdə tutulan bu kəmərlə özünün Moskvadan qaz asılılığını aradan qaldırmağa çalışırdı. [b]Medvedev Əliyev və Sarkisyanı mütəmadi təmaslara çağırır [/b] Moskvada Azərbaycan prezidenti İlham Əliyevlə apardığı danışıqlardan sonra Rusiya rəhbəri Dmitriy Medvedev Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ probleminin həllində ümumi mövqe tapmağa qadir olduqlarına əmin olduğunu söyləyib. Danışıqlardan sonra keçirilən mətbuat konfransında Medvedev deyib: "Perspektivlər var və ilk növbədə biz beynəlxalq qanunlar, BMT və ATƏT qətnamələrinə əsaslanmalıyıq. Burada müəyyən tərəqqi var. Əsası odur ki, bu proseslərə ikinci dərəcəli faktorlar təsir etməsinlər. Bunlar vəziyyəti mürəkkəbləşdirə bilər. Əsas odur ki, tərəflər təmkinli olsunlar, perspektivləri görsünlər." Rusiya prezidenti Azərbaycan və Ermənistan prezidentlərini görüşlərinin mütəmadi xarakter almasını arzuladı. O Rusiyanın öz mandatını yerinə yetirərək, bu prosesə yardım etməyə hazır olduğunu söylədi: "Əgər belə təmaslar davam edərsə, buna alternativ yoxdur, mən əminəm ki, problemi həll etmək olar. Hər iki tərəfin maraqlarını və hazırlanmış təklifləri nəzərə almaqla. Bəlkə bu zaman yeni ideyalar ortaya çıxdı. Təbii, biz qanunu pozmamalıyıq. Amma yeni yanaşmaların da qarşısını almamalıyıq. Bunlar bəzi situasiyalarda təzə ab-hava gətirə bilər, bunun əsasında biz öz mövqelərimizi möhkəmlədə bilərik."

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA