Ayaz Mütəllibov Moskvada ilham Əliyevlə görüzmək istəyir

img

17-04-2009 [05:50]


[b]Vətənə qayıtmaq üçün eks-prezidentin Rusiyadakı nüfuzlu şəxsdən kömək istədiyi bildirilir[/b] ?Partiyamızın həmsədri Ayaz Mütəllibov hazırda Rusiyada səfərdə olan İlham Əliyevlə görüşmək istəyir. Ayaz müəllimin Azərbaycan prezidenti ilə görüşündə məqsədi, ondan vətənə qayıtmaq ricasıdır. Görüşün baş tutub-tutmayacağını deyə bilməsəm də, bilirəm ki, bu məsələdə ASDP həmsədrinə Rusiyada böyük nüfuz sahibi olan şəxslərdən biri kömək etmək istəyir. Həmin şəxsin İlham Əliyevlə də yaxın münasibəti var?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə ASDP-nin adının çəkilməsini istəməyən rəhbər şəxslərindən biri deyib. Məsələni araşdırmaq üçün ASDP-nin digər həmsədri Araz Əlizadə ilə əlaqə saxladıq. Amma A.Əlizadə dedi ki, hazırda Mütəllibovun belə bir niyyəti yoxdur: ?Belə bir şey olsaydı, bizim xəbərimiz olardı. Bir də ki, bu məsələdə heç bir problem yoxdur. Çox istərdik ki, İlham Əliyev Mütəllibovla görüşmək istəsin, vətənə dönüşü məsələsi həll olunsun. Amma bu barədə şayiə yayan adamlar Mütəllibovun düşmənləridir. Çünki hər bir şayiə mənfi nəticə verir?. A.Əlizadə Mütəllibovun ölkəyə qayıdışı məsələsiylə bağlı hər hansı yeniliyin olmadığını da vurğulayıb. Onun sözlərinə görə, bununla bağlı ölkə başçısına müraciət ünvanlasalar da, hələki heç bir cavab yoxdur: ?Biz istəyirik ki, ölkə prezidenti bütün Azərbaycan vətəndaşlarının hüquqlarının qarantı olduğu kimi, Mütəllibovun hüquqlarının da qarantı olsun. Partiyamız referendumda çox fəali iştirak edib. Bu referendumdan sonra yəqin ki, ?Eks-prezidentlər haqqında? qanunda Mütəllibovun da hüququları müdafiə ediləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA