DiN-nin tərkibində struktur islahatlarının aparılacağı gözlənilir

img

17-04-2009 [02:49]


Daxili İşlər Nazirliyinin (DİN) tabeliyindəki idarələrin birində struktur islahatlarının aparılacağı bildirilir. ?Qərbi Azərbaycanın Səsi? qəzetinin yazdığına görə, yaxın günlərdə islahatlar aparılaraq, Hava Nəqliyyatında Polis İdarəsinin strukturunda dəyişikliklər ediləcək. Bildirilir ki, sözügedən qurum Hava Nəqliyyatında Baş Polis İdarəsi adlandırılaraq, Naxçıvan, Gəncə və digər rayonlardakı hava limanlarının polis idarələri də bu qurumun tabeliyinə veriləcək. Məsələni Müstəqil İnformasiya Agentliyinə şərh edən Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə struktur dəyişikliklərinin olub-olmayacağı barədə qəti bir söz deməyib. Onun sözlərinə görə, bu məsələylə bağlı hər hansı proqnoz verə bilməz: ?Hazırda Hava Nəqliyyatında Polis İdarəsi Nəqliyyatda Baş Polis İdarəsinin tərkibində olan bir qurumdur. Gələcəkə hansı formada fəaliyyət göstərəcək, adı necə olacaq, bu barədə bir söz deyə bilmərəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA