?Azərbaycan Qarabağ münaqizəsinin həlli ilə bağlı Rusiya ilə uzunmüddətli qaz sövdələzməsi bağlaya bilər?

img

16-04-2009 [10:00]


Məlum olduğu kimi, prezident İlham Əliyev hazırda Rusiyada rəsmi səfərdədir. Prezidentlərin görüşü zamanı Qarabağ münaqişəsinin həlli istiqamətində yeniliklərin olması da ehtimal edilir. Bəzi dairələr səfər çərçivəsində müəyyən sövdələşmələrin olacağını da iddia edirlər. İddialardan biri də odur ki, Azərbaycan Qarabağın işğal olunmuş 6 rayonunun azad olunması müqabilində NABUCCO layihəsindən imtina edrək, ?Şahdəniz-2? yatağından çıxan qazı Rusiyanın ?Qazprom? şirkətinə satacaq. Məsələni Müstəqil İnformasiya Agentliyinə şərh edən politoloq Zərdüşt Əlizadə isə deyib ki, İlham Əliyevin Rusiya səfəri zamanı Qarabağ məsələsinin müzakirə olunması mümkündür: ?Öncə onu deyim ki, belə bir sövdələşmə olarsa, təkcə 6 rayon məsələsi gündəmdə olmayacaq. Çünki onsuz da 6 rayon azad edilməlidir. Burada Qarabağ münaqişəsinin ümumi şəkildə tənzimlənməsi məsələsi ola bilər. Qaz sövdələşməsinin olması da istisna deyil. Amma düşünmürəm ki, Rusiya buna getsin. Rusiya elə şərtlər irəli sürəcək ki, Azərbaycan onu qəbul edə bilməz. Məsələn, ordusunun Qarabağda yerləşdirilməsi-Azərbaycan bunu qəbul edə bilməz və etməməlidir də. Bu baxımdan, düşünmürəm ki, Rusiya ordusuz münaqişənin tənzimlənməsinə razı olsun?. Azərbaycanın NABUCCO layihəsindən imtina edib-etməməsinə gəlincə, Z.Əlizadə bildirib ki, hazırda sözügedən layihə real deyil. Onun sözlərinə görə, bu layihə üçün işləmək, sərmayə tapmaq lazımdır: ?Bu, Azərbaycanın altına girə biləcəyi iş deyil. Bir də ki, NABUCCO üçün Azərbaycanın qazı kifayət deyil. Türkmənistan öz qazını verəcək-verməyəcək, bu da sual altındadır. Yəni bu, bir qədər çətin məsələdir?. Politoloq onu da bildirib ki, Azərbaycan Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya ilə uzunmüddətli qaz sövdələşməsi bağlaya bilər. Onun fikrincə, bu məsələnin qiyməti Dağlıq Qarabağ probleminin həlli və təcavüzkar Ermənistanın sülhə məcbur edilməsidir. Zərdüşt bəy Azərbaycanın Rusiyaya yaxınlaşmasına paralel olaraq, Qərbin təzyiqlərinin ölkəmizə artıb-artmayacağına da münasibət bildirib: ?Hamı bilir ki, Azərbaycan həm Qərbə, həm də Rusiyaya meyllənməyə məhkumdur. Bunun da səbəbi Dağlıq Qarabağ müqanişəsidir. Ona görə də təzyiqləri indiki mərhələ üçün istisna edirəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA