YAP-çı deputat müxalifətin siyasi məhbuslarla bağlı iddialarını əsassız sayır

img

16-04-2009 [06:54]


[b]Avropa Şurasının siyasi məhbuslarla bağlı Azərbaycana məruzəçi təyin etməsi hakim düşərgədə narazılıqla qarşılandı. Bəzi hakimiyyət sözçüləri bunu qərəzli mövqe kimi dəyərləndirdilər. Artıq şuranın növbəti sessiyasının başlanmasına da az vaxt qalır. [/b] Hüquq müdafiəçisi Novellva Cəfəroğlu bildirib ki, Avropa Şurasının növbəti sessiyasına qatılacaq və Azərbaycandakı siyasi məhbusların siyahısını məruzəçiyə təqdim edəcək. Məsələylə bağlı Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Yeni Azərbaycan Partiyasının Siyasi Şura üzvü, millət vəkili Aydın Mirzəzadə isə narahatlığa heç bir əsas görmür: ?Azərbaycan hüquqi dövlət olduğuna görə onun vətəndaşlarının qanun çərçivəsində istənilən addımlar atmaq hüquqları var. Heç kəs onları buna görə təqib etmək, yaxud cəzalandırmaq fikirində deyil. Hansısa QHT-lər belə hesab edirlərsə, həmin formada hərəkət edə bilərlər. Amma yenə də deyirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur. Siyasi məhbus əqidəsinə, fəaliyyətinə görə təqib edilən, cinayət cəzası alan və məhbəsə salınan insanlara deyirlər. Bu gün Azərbaycanda siyasi əqidəsinə, baxışına görə məhbəsdə olan bir nəfər də insan yoxdur. Siyahı tutmağa görə də Cinayət Məcəlləsində hər hansı bir bənd nəzərdə tutulmayıb. Bu istiqamətdə fəaliyyət aparmaq sərbəstdir. Amma bu, o demək deyil ki, kiminsə siyahı tutması və beynəlxalq təşkilatlara təqdim etməsi Azərbaycanda siyasi məhbus olduğunu göstərir?. Qeyd edək ki, Ümid Partiyasının sədri İqbal Ağazadə siyasi məhbuslarla bağlı hakimiyyət nümayəndələrinin inkarçı mövqe tutmalarını bəsit mübarizə yolu tutmaq kimi dəyərləndirmişdi. Bu barədə fikirlərini bildirən A.Mirzəzadə isə bu cür bəyanatların əsassız olduğunu deyib: ?Elə isə mən də hesab edirəm ki, müxalifət nümayəndələrinin bu cür mövqe tutması bəsit düşüncənin, bəsit fəaliyyətin nəticəsidir. Onların iddialarının da heç bir əsası yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA