Politoloq Türkiyə-Azərbaycan-NATO münasibətlərində gərginliyin yaranacağına inanmır

img

16-04-2009 [02:05]


?Türkiyənin Ermənistanla sərhəddini açmaq istəyinə qarşı ölkəmizdə səsləndirilən etirazlara anti-türk kampaniyası adını vermək düz deyil. Mən bunu daha çox rəsmi Bakının rəsmi Ankaraya təzyiqi kimi qiymətləndirə bilərəm. Əgər ölkə başçısı və ölkə vətəndaşları bu məsələyə etiraz etməsəydilər, bəlkə də sərhədlər tez bir zamanda açılardı. Ona görə də bu məsələdə Rusiya və ya İran faktorunun olmasına da şübhə edirəm. Sadəcə, bu, daxili faktor və ya daxildə gedən hansısa meyillərlə bağlıdır?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Azərbaycan-Türkiyə münasibətlərinin gərginləşməsinə və bu məsələdə Rusiya-İran faktorunun olub-olmamasına münasibət bildirən politoloq Leyla Əliyeva deyib. Politoloqun fikrincə, hər hansı etiraz və ya kampaniya Türkiyə-Azərbaycan-NATO münasibətlərinə heç bir təsir etməyəcək: ?Ümumiyyətlə, bu etirazlar müvəqqəti xarakter daşıyırdı və artıq öz rolunu oynadı. Ancaq bütün proseslərdən bəlli oldu ki, hər bir ölkə kimi Türkiyə də burada öz siyasətini və öz maraqlarını önə çəkmək istəyir. Bundan əlavə, Azərbaycanın istər Türkiyə, istərsə də digər NATO ölkələri ilə münasibətlərində hər hansı soyuqluğun yaranacağına inanmıram?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA