Azərbaycan Türkiyənin PKK ittihamı ilə üz-üzə qala bilər

img

15-04-2009 [05:33]


Türkiyənin Ermənistanla yeni münasibətlər qurmaq istəyinə Azəbaycanda müxtəlif etirazlar səsləndirilir. Bu isə Azərbaycan-Türkiyə münasibətlərinin pisləşməsinə səbəb ola bilər. Hətta bəzi ekspertlər münasibətlərin gərginləşməsi fonunda ölkəmizin Türkiyənin PKK ittihamları ilə üz-üzə qala biləcəyi ehtimalını da irəli sürürlər. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı İlham İsmayıl isə Türkiyə tərəfindən belə ittihamların mümkünlüyünü deyir: ?Zaman-zaman ölkə mətbuatında yazılıb ki, Türkiyə rəsmiləri Azərbaycanla dostluq münasibətlərindən istifadə edərək açıq şəkildə yox, həmişə üstörtülü şəkildə ölkəmizdən PKK-ya olan yardımın nədən ibarət olduğunu gizli məktub şəklində Azərbaycan rəsmilərinə təqdim ediblər. Yəni dostcasına təqdim edilib, xüsusi bir ittiham kimi təqdim etməyiblər. Amma belə getsə, bu, ittiham şəklində təqdim ediləcək və onların buna əsasları da var. Məsələn, Abdullah Öcalanın məhkəmədə dediyindən tutmuş, bu günə qədərki məlumatları əsas götürə bilərlər?. İ.İsmayıl Türkiyənin təkcə bu məsələdə deyil, digər məsələlərdə də Azərbaycanı ittiham edə biləcək amillərin olduğunu nəzərə çatdırdı. Onun sözlərinə görə, hər hansı ittihamı irəli sürən dövlətin əlində ciddi sübutları olur: ?Hər halda bu məsələ ilə bağlı faktlar Türkiyə kəşfiyyatına və rəsmilərinə məlumdur. Çünki Azərbaycanda ən azından mənəvi cəhətdən PKK partizan düşərgəsi var. Vaxtilə kürdlər burada separatizmə meylli qəzet də çıxartdılar və bundan əlavə, A.Öcalanın fotoları da yayıldı. Hətta Naxçıvanın bəzi təhsil ocaqlarında bu məsələ ilə bağlı diskussiyalar da aparılır. Əgər onlara Azərbaycandan dəstək verilməsəydi heç vaxt burada qalmazdılar. Əgər ittihamlar olsa, bu, ən çox məmurların PPK-ya maliyyə dəstəyi ilə bağlı olacaq və mənə elə gəlir ki, bu ittihamlar sübutsuz olmayacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA