Siyasi məhbus məsələsində hüquq müdafiəçiləri yekdil qərar verə bilmir

img

15-04-2009 [03:35]


Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Novella Cəfəroğlu bildirib ki, aprelin 25-də Strasburqda AŞ PA-nın Azərbaycana yeni təyin etdiyi siyasi məhbuslar üzrə məruzəçi ilə görüşüb, Azərbaycandakı siyasi məhbusların siyahısını ona təqdim edəcəklər. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Novella Cəfəroğlu deyib ki, siyasi məhbus siyahısında 29 nəfərin adı var. Onun sözlərinə görə, hüquq müdafiəçiləri siyahı məsələsində hələki yekdil qərar verməyiblər: ?Sadəcə, hüquq müdafiəçisi Eldar Zeynalov bu siyahıya müəyyən sayda ?Sadval?çıların da adını salıb. Biz isə demişik ki, ?Sadval?çıların məhkəmələrinə yenidən baxmaq olar. Amma buna baxmayaraq, siyahı o qədər də fərqli deyil?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA