Mübariz Mənsimov: ?Sərhədlər açılsa,Türkiyədəki zirkətlərimi bağlayaram?

img

15-04-2009 [01:27]


?Ermənistanla sərhədi olan dövlətdə qalmaram. Bu baş verərsə, Türkiyədəki şirkətlərimi bağlayaram?. Bu sözləri Türkiyənin "Hüriyyət" qəzetinə Türkiyə-Azərbaycan əlaqələrini dəyərləndirərkən azərbaycanlı iş adamı, ?Palmali? Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov deyib. M.Məsimov onu da vurğulayıb ki, analoji addımı Türkiyədə fəaliyyət göstərən digər azərbaycanlı iş adamları da ata bilərlər: ?Amma Qarabağ münaqişəsi həll edilsə, həm Türkiyə, həm də Azərbaycan tərəfdən sərhədlər açılsa, bu, Ermənistan da daxil olmaqla hər kəs üçün yaxşı olar?. Azərbaycan ilə Türkiyənin iki dövlət bir millət olduğunu qeyd edən, M. Mənsimov son iki ildə Türkiyəyə qoyulan Azərbaycan sərmayəsinin 10 milyard dolları keçdiyini xatırladıb: ?Azərbaycanın Türkiyədən başqa kimi var? Türkiyə Azərbaycana arxasını dönməməlidir. 16 il öncə bu sərhədin bağlanmasına səbəb Qarabağ münaqişəsi idi. Bu məsələdə panikaya səbəb yoxdur. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın əvvəlcə Dağlıq Qarabağ problemi həll ediləcək, daha sonra sərhədlərin açılacağı barədə bəyanatı da bunu deməyə əsas verir.?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA