Vəkil isaxan Azurov 12 saylı cəzaçəkmə müəssisəsində ?Gündəlik Azərbaycan? qəzetinin baz redaktoru Eynulla Fətullayevlə görüzüb

img

14-04-2009 [10:26]


Bu gün (14 aprel) vəkil İsaxan Aşurov 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən ?Realnıy Azərbaydjan? və ?Gündəlik Azərbaycan? qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb. Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) vəkil İsaxan Aşurovun özü verib. İ.Aşurovun sözlərinə görə, baş reaktorun səhhəti yaxşıdır və heç bir şikayəti yoxdur. Vəkilin sözlərinə görə, E. Fətullayevi narahat edən ancaq Avropa Məhkəməsi tərəfindən Azərbaycan dövlətinin sorğuya cavabının surətini göndərilməməsidir: ?Biz bu işlə əlaqədar bir sıra müzakirələr apardıq?, İ. Aşurov deyə bildirdi. Xatırladaq ki, E. Fətullayev 2007-ci il aprelin 20-də böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da ona əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA