?Türkiyə ictimaiyyəti hər zaman Azərbaycanın yanındadır?

img

14-04-2009 [07:58]


[b]Türk Ocaqları gənəl başqanı Dr. Nuri Gürgür: ?Heç bir güc Azərbaycanla Türkiyənin arasını vura bilməz? [/b] Son günlər Türkiyə-Ermənistan sərhədlərinin açılacağına dair yayılan xəbərlər həm Türkiyədə, həm də Azərbaycanda kəskin etirazlara səbəb olub. Türk Ocaqları gənəl başqanı, Ankara Ticarət Odası Məclis başqanı Dr.Nuri Gürgür Müstəqil İnformasiya Agentliyinə (mia.az) müsahibəsində gündəmdə olan problemləri şərh edib. [b]- Nuri bəy, Türkiyə-Ermənistan sərhədlərinin açılacağına dair xəbərlər Azərbaycanda böyük ajiotaj doğurub. Azərbaycan ictimaiyyətinin reaksiyasını necə qiymətləndirirsiniz?[/b] - Biz Azərbaycana ?Can Azərbaycan? deyirik. Bu ifadəyə dərindən fikir verilməlidir. Yəni can Azərbaycan demək, Azərbaycanın bizim üçün canımızın, ürəyimizin olması deməkdir. Bunun üçün də biz canımız Azərbaycanın inciməsini, küsməsini qətiyyən istəmərik. Azərbaycanın inciməsi Türkiyənin təməl prinsiplərinin itirilməsi deməkdir. Çünki Azərbaycan bizim türk dünyası ilə əlaqələrimizin mərkəzi, açarı rolunu oynayır. Türkiyənin həm Cənubi Qafqaz, həm də Orta Asiyada öz siyasətini inkişaf etdirməsi üçün Azərbaycanla çox canlı və çox dərin münasibətlər qurması lazımdır. Lakin bunun əksinə hərəkət etmək bağışlanmaz səhv olardı. Və bu, sadəcə, Azərbaycanla Türkiyənin düşmənlərinin işinə yaraya, erməniləri, rusları sevindirə bilər. Son günlər Türkiyə ictimaiyyəti məsələyə kəskin əks-reaksiya verməklə Azərbaycanın yanında olduğunu bir daha təsdiqlədi. Türk xalqı Azərbaycanın istəmədiyi bir anlaşmanı qətiyyən qəbul etməz. Bunu hər kəs gözəl bilməlidir. Konkret olaraq təmsil etdiyim təşkilata gəlincə, biz Türkiyə-Ermənistan sərhədlərinin açılması xəbərlərinə etiraz əlaməti olaraq bəyanat yayan ilk qurumlardan olmuşuq. Hesab edirik ki, Azərbaycan torpaqları işğaldan azad edilməyənə qədər Ermənistanla sərhədləri açmaq olmaz. Əvəlla ona görə ki, Azərbaycanla Türkiyə mərhum prezident Heydər Əliyevin də qeyd etdiyi kimi, bir millət iki dövlətdir. Digər tərəfdən isə Ermənistana bir işğalçı ölkə kimi yanaşmaq beynəlxalq norma və prinsiplərin tələbindən irəli gəlir. Qısası, Azərbaycandakı qardaşlarımız əmin olsunlar ki, Türkiyə qətiyyən Azərbaycanın istəmədiyi bir anlaşmaya qol qoymaz. [b]- Yəni türk ictimaiyyəti daima Azərbaycanın yanındadır?[/b] - Əlbəttə. Bütün gücümüzlə sizin yanınızdayıq. [b]- Baş nazir Rəcəb Tayyib Ərdoğanın ötən həftənin axırlarında verdiyi bəyanatı necə dəyərləndirirsiniz?[/b] - Ərdoğan bu bəyanatı qısa müddətdə üç dəfə təkrarlayıb. Bu, Türkiyə hökuməti və dövlətinin rəsmi mövqeyi deməkdir. Artıq bu bəyanatla Rəcəb Tayyib Ərdoğan ?Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Türkiyə-Ermənistan sərhədləri açılmayacaq? hökmünün altına imzasını atmış oldu. Daha doğrusu, bu bəyanatlardan sonra bundan geriyə dönüş olmaz. Ona görə də bu bəyanatlar çox önəmlidir və Azərbaycanda da belə dəyərləndirilməsi doğru olar. [b] - Türkiyə parlamentindən nümayəndə heyətinin Azərbaycana səfərinə də bu prizmadan yanaşmaq doğru olarmı?[/b] - Əlbəttə. Bakıya səfər edəcək türkiyəli parlamentarilərin gəlişi də rəsmi Ankaranın Azərbaycanla bağlı mövqeyinin dəyişmədiyini təsdiqləyir. [b]- Gəlin, etiraf edək ki, son günlər Azərbaycanla Türkiyə arasından bir soyuqluq yaranıb. Necə düşünüsünüz, tezliklə bu incikliyi tamamilə aradan qaldırmaq mümkün olacaqmı?[/b] - Bu soyuqluğun aradan qalxması olduqca asan işdir. Sadəcə, Azərbaycan prezidenti ilə Türkiyə prezidenti kürsüyə çıxıb bir dəfə xalqı salamlasalar, bu soyuqluq ortadan qalxacaq. Çünki iki xalq bir-birindən ayrı deyil ki, bir-birindən soyusunlar. Bunu hər kəs bilməlidir ki, Türkiyə və Azərbaycan xalqları arasında tarixin bütün sınaqlarından çıxmış qardaşlıq əlaqələri var və heç bir güc bu əlaqələrə ziyan vura bilməz.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA