Türkiyənin Azərbaycandakı səfiri MMP sədrinə zəng edib

img

14-04-2009 [06:18]


Müasir Müsavat Partiyasının (MMP) Türkiyənin Azərbaycandakı səfirliyinin binası qarşısına təyin etdiyi aksiya baş tutub. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, dünən axşam saatlarında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc MMP sədri Hafiz Hacıyevlə telefon əlaqəsi saxlayıb. Danışıq zamanı səfir partiya sədrindən bu gün keçirilən aksiyanın dayandırılmasını xahiş edib. Səfir qeyd edib ki, bu addım xarici düşmənlərimizi sevindirəcək. Hətta H.Kılıc H.Hacıyevdən xahiş edib ki, məsələni birgə müzakirə etsinlər. Amma buna baxmayaraq, MMP fəalları aksiyanı keçirməyə müvəffəq olublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA