Türkiyənin Azərbaycandakı səfirliyi qarzısında etiraz aksiyası keçirildi

img

14-04-2009 [04:22]


[b]MMP üzvləri Türkiyə-Ermənistan sərhəddinin açılmasına etiraz etdilər[/b] Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz olaraq, bu gün Müasir Müsvat Partiyasının (MMP) üzvləri Türkiyənin Azərbaycandakı səfirliyinin binası qarşısında dinc aksiya keçiriblər. MMP-nin bir qrup üzvü ?Qardaş qardaşa arxa olar!?, ?Türkiyə, daha müdrik ol!?, ?Erməni faşistlərinə sərhəd açılmaz!? sözləri yazılan plakatlar qaldırıblar. Sonda aksiya iştirakçıları bəyanatlarını səsləndiriblər. Bəyanatda deyilir: ?Müasir Müsavat Partiyası Türkiyənin Ermənistanla olan sərhəddini açmasını pisləyir. Biz sərhədlərin açılmasını bütün türk dünyasına xəyanət kimi dəyərləndiririk. Türkiyə ?bir millət, iki dövlət? prinsipinə əməl edərək sərhədləri açmamalıdır?. MMP-çilər sonda bəyanatlarını Türkiyə səfirliyinə təqdim ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA