Parlamentdə Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi müzakirə edilib

img

14-04-2009 [02:02]


Bu gün Milli Məclisin növbəti iclası başlayıb. İclasda gündəlikdəki məsələlərlə yanaşı, Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı müzakirələr aparılıb. Məsələylə bağlı çıxış edən millət vəkilləri sərhədlərin açılmasının əleyhinə olduqlarını bəyan ediblər. Millət vəkili Hadı Rəcəbli bildirib edib ki, bəzi məchul qüvvələr öz maraqlarına uyğun hərəkət etmək istəyirlər. Gövhər Baxşəliyeva isə Türk Azərbaycan xalqları arasında tarixi köklərin olduğunu əsas gətirərək ?İnanıram ki, bu əlaqələr daha da inkişaf edəcək. Türklər hər zaman azərbaycanlıların yanında olublar və olacaqlar. Sərhədlərin açılması Azərbaycan və türk xalqlarının mənafelərinə ziddir?, deyib. Ümid Partiyasınin sədri, millət vəkili İqbal Ağazadə isə Türkiyənin ünvanına sərt ifadələrin işlənməsinin düzgün olmadığını vurğulayıb. Millət vəkili Əli Əhmədov da ictimai rəyin nəzərə alınacağını və sərhədlərin açılmayacağına ümid etdiyini qeyd edib. Deputat Cəmil Həsənli müəyyən qüvvələrin Türkiyənin əleyhinə kampaniyalar başlamasından təəsüfləndiyini və bunun birbaşa Prezident Aparatının sifarişi olduğunu bildirib. Spikeri Oqtay Əsədov isə millət vəkillərini mövzunu konteksdən çıxarmamağa səsləyib. Onun sözlərinə görə, məsələyə münasibət bildirərkən obyektiv olmaq lazımdır: ?Türkiyə dövlətinə və xalqına qarşı heç kim ittiham irəli sürmür. Türklər bizim qardaşımızdır. Sadəcə olaraq, xalq və ictimaiyyət sərhədlərin açılması ilə bağlı öz fikrini bildirir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA