Türkiyə alimləri sərhədlərin açılmasına qarzıdır

img

13-04-2009 [10:11]


[b]Professor Şükrü Qoç: "Ermənistanla diplomatik əlaqələrin qurulması türk dünyasının maraqlarına ziddir" [/b] Türkiyə-Ermənistan sərhədlərinin açılacağına dair xəbərlərin yayılması Azərbaycanda böyük əks-səda doğurub. Artıq bir neçə gündür ki, ölkədə fəaliyyət göstərən siyasi partiya və ictimai təşkilatlar, yaradıcı birliklər, biznes qurumları rəsmi Ankaranı Ermənistanla diplomatik əlaqələr qurmaqdan çəkinməyə çağırırlar. Qeyd edək ki, Türkiyə ictimaiyyəti də Azərbaycan xalqının narahatlığını bölüşür. Qardaş ölkədə fəaliyyət göstərən çoxlu sayda ictimai təşkilat və yaradıcı birlik Ermənistanla sərhədlərin açılmasına qarşı təbliğat aparır. Türkiyə Elm Xadimləri İttifaqı da rəsmi Ankaranın Ermənistanla diplomatik əlaqələr qurmaq cəhdini pisləyir. Mərkəzi qərargahı Ankarada olan Türkiyə Elm Xadimləri İttifaqının sədri, professor Şükrü Qoç "Reytinq"ə açıqlamasında Ermənistanla sərhədlərin açılmasının mümkünsüz olduğunu deyib. İttifaq sədri bildirib ki, ABŞ və Avropa Birliyinin təzyiqi artırmasına baxmayaraq, sərhədlərin açılması üçün ilk növbədə Azərbaycan xalqının razılığı alınmalıdır. "Ermənistan öz Konstitusiyasında rəsmi şəkildə Türkiyəyə torpaq iddiası irəli sürülüb. Ermənilər hələ də Şərqi Anadolunun bir hissəsini öz sərhədlərinə qatmaq arzusu ilə yaşayırlar. Rəsmi İrəvan dünyanın hər yerində Türkiyə əleyhinə təbliğat aparır. Bu şərtlər daxilində sərhədlərin açılması Türkiyənin, Azərbaycanın, eləcə də bütün türk dünyasının maraqlarına ziddir. Türkiyə Elm Xadimləri İttifaqı sərhədlərin açılmasına qarşı mübarizəni bundan sonra da davam etdirəcək", - deyə Şükrü Qoç bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA