Türkiyə və Azərbaycanın millət vəkilləri arasında görüz keçiriləcək

img

13-04-2009 [03:38]


Aprelin 15-də Türkiyənin parlament nümayəndələrinin iştirakı ilə Milli Məclisdə görüş keçiriləcək. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı verib. Onun sözlərinə görə, Türkiyənin bir sıra müxalifət partiyalarından olan millət vəkilləri Azərbaycana gələcəklər. Hakim AK Partidən isə kimlərinsə gələcəyinin bəlli olmadığını deyən millət vəkili onu da bildirib ki, sözügedən partiyanın da nümayəndələrinin bu görüşdə iştirakı gözləniləndir: ?Yəqin ki, axşama qədər onların təkliflərini öyrənə biləcəyik. Tədbir ayın 15-də başlayır. Onu da deyim ki, tədbir KİV-lər üçün açıq olacaq. Forumdan sonra mətbuat konfransı keçiriləcək və müzakirə olunan məsələlər barədə ətraflı məlumat verilicək?. Xatırladaq ki, bu görüşün keçirilməsi təşəbbüsü ilə parlamentdə təmsil olunan Ana Vətən, Vətəndaş Həmrəyliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş və Ədalət partiyalarının rəhbərləri çıxış ediblər. Onlar Ermənistanla Türkiyə arasındakı yaxınlaşmadan narahat olduqlarını, bu məsələlərə aydınlıq gətirilməsini istədiklərini bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA