Xanım Xəlilova erməni vəhziliyindən danızıb

img

12-04-2009 [03:11]


[b]Azərbaycanlı alim Türkiyə-Ermənistan sərhədlərinin açılmasının yolverilməz olduğunu deyib[/b] Türkiyədə elmi-pedaqoji fəaliyyətlə məşğul olan Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin həmsədri Xanım Xəlilova Azərbaycan həqiqətlərinin qardaş ölkə ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində fəaliyyətini davam etdirir. X.Xəlilova aprelin 11-də Türkiyənin ?Səs? televiziyasında çıxış edib. Azərbaycanlı alim Dağlıq Qarabağ problemi, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım aktları barədə ətraflı məlumat verib. X.Xəlilova həmçinin yaxın vaxtlarda Türkiyə-Ermənistan sərhədlərinin açılacağı ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. O, Dağlıq Qarabağ problemi həll olunmayana kimi Türkiyənin Ermənistanla sərhədləri açmasının yolverilməz olduğunu deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA