Ərdoğan:?Azərbaycan-Ermənistan arasında razılıq əldə olunmayana qədər sözləzmə imzalamayacağıq?

img

11-04-2009 [07:06]


Baş nazir Rəcəb Tayyib Ərdoğan ?Dağlıq Qarabağ məsələsində Azərbaycan ilə Ermənistan arasında razılıq əldə olunmayana qədər Türkiyə ilə Ermənistan arasında bir sözləşmə imzalamayacaqlarını söyləyib. Başnazir Ərdoğan Antakya Bələdiyyə sədri Lütfü Savaşı ziyarət etdikdən sonra jurnalistlərin suallarını cavablandırıb. ?Ermənistan dövlət başçısı Rusyanın bir televiziya kanalına verdiyi açıqlamada 7 oktyabrda Türkiyədə keçiriləcək Türkiyə- Ermənistan futbol qarşılaşmasından əvvəl Türkiyə- Ermənistan sərhəddinin açılacağına ümid etdiyini söyləyib. Buna qatılırsınız? Bu vəziyyət Azərbaycanda da narahatlıq doğurur. Oradakı narahatlığın aradan qaldırılacağına istiqamətlənən yeni bir vəziyyət mevcutdur?" Sualına cavab olaraq bunları deyib: ?Bu söylədiklərinizi hər zaman medya üzərindən gələn xəbərlər olaraq görürəm. Siz Türkiyə Cümhuriyyəti baş nazirinin nə söylədiyinə baxmırsız, sağdan soldan gələn xəbərlərə baxırsız. Biz Azərbaycan-Ermənistan arasında razılıq əldə olunmayana qədər Dağlıq Qarabağ məsələsində Türkiyə-Ermənistan olaraq son bir sözləşmə imzalamayacağıq. Hazırlıqlar ola bilər. Ancaq bu, qətiyyən Azərbaycan-Ermənistan arasındakı Dağlıq Qarabağ probleminin həllinə bağlıdır. ABŞ-ın bu məsələdə Minsk Qrupu olaraq öhdəsinə götürdüyü vəzifəni yerinə yetirməsi lazımdır. Bunun içində Fransa var, Rusya Federasiyası var, əvvəl bunu həll etməlidirlər. Bundan sonra bizim üçün heç bir problem yoxdur. Biz bunu aşarıq. Bunu mən dəfələrcə demişəm.Ermənistan prezidentinin Türkiyədəki milli futbol qarşılaşmasına gəlməsi məsələnin həlli mənasında bir ilərləyiş deyildir. Bizim Cumhurbaşqanımız da oraya o məqsədlə getmədi çünkü.? Daha sonra Türkiyə hökumətinin rəhbəri israrlı suallara ? Mən sizə nə deyirəm? Mənu bundan başqa bir şey bağlamaz. Cumhurbaşqanımızı da. Buradakı milli maça gəlmə məsələsinin qapıların açılmasıyla əlaqəsi yoxdur. Cumhurbaşqanımızın Ermənistandakı futbol qarşılaşmasına getməsi, qapıların açılması anlamınamı gəlir? Bele bir şey olar? İndi Türkiyə Cumhuriyyətini təmsil edən hökümətin başnaziri olaraq bele bir halın olmayacağını söyləyirəm, daha nə deyim ? cavabıni verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA