AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel Naxçıvana səfər edib

img

10-04-2009 [08:54]


Bu gün Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel Naxçıvan Muxtar Respublikasına bir günlük səfər edib. Səfərin məqsədi AŞ PA-nın Azərbaycan üzrə hazırladığı hesabat üçün Naxçıvan Muxtar Respublikasından məlumatlar toplamaq olub. Həmməruzəçi Naxçıvan Ali Məclisin sədri Vasif Talıbovla görüşüb və Naxçıvanda yeni tikilən Qarışıq Rejimli Cəzaçəkmə müəssisəsində olub. Günün ikinci yarısında Andres Herkel Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) bölgə müxbirləri, ?Azadlıq? radiosunun, ?Turan? İnformasiya Agentliyinin əməkdaşları və müstəqil QHT-lərin nümayəndələri ilə Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin ofisində görüşüb. Görüş zamanı həmməruzəçi Muxtar Respublikada insan haqları və mətbuatın vəziyyəti haqqında məlumatlandırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA