Azərbaycan QHT nümayəndə heyəti sərhədlərin açılmasi ilə bağlı məsələni Ankarada müzakirə edəcək

img

10-04-2009 [07:06]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlıdan ibarət nümayəndə heyəti bu gün Türkiyəyə səfərə gedib. Nümayəndə heyəti səfər çərçivəsində Uluslararası İlişkilər və Strateji Analizlər Mərkəzinin ?Türkiyə-Ermənistan münasibətlərinin hazırkı vəziyyəti? mövzusunda təşkil etdiyi konfransda iştirak edəcək. Aprelin 15-dək davam edəcək səfərdə Azərbaycan ictimai sektorunun təmsilçiləri Türkiyənin dövlət və hökumət rəsmiləri, siyasi partiyaların liderləri, millət vəkilləri, qeyri-hökumət təşkilatları və media mənsubları ilə görüşəcək, Türkiyə-Ermənistan sərhədlərinin açılma ehtimalı ilə əlaqədar ölkə ictimaiyyətinin mövqeyini və yaranmış narahatlığı onların diqqətinə çatdıracaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA