Eldar Mahmudov Ukraynalı həmkarını qəbul edib

img

10-04-2009 [06:55]


Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov Ukrayna Xarici Kəşfiyyat Xidmətinin sədri, ordu generalı Nikolay Malomucu qəbul edib. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimaiyyətlə Əlaqələr Mərkəzindən ANS PRESS-ə daxil olan məlumata görə, görüşdə tərəflər arasında transmilli mütəşəkkil cinayətkarlıq, terrorçuluqla mübarizə sahəsində görülən işlər, narkotiklərin qanunsuz dövriyyəsi, miqrasiya prosesləri ilə bağlı fikir mübadiləsi aparılıb, Ukrayna və Azərbaycanın xüsusi xidmət orqanları arasında işgüzar və səmərəli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Eldar Mahmudov mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, beynəlxalq terrorçuluqla mübarizə sahəsində, təhlükəsizlik problemləri ilə əlaqədar Azərbaycanın həyata keçirdiyi tədbirlər, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin doğurduğu, eləcə də onun nəticəsində yaranmış nəzarət olunmayan ərazilərin mövcudluğundan irəli gələn fəsadlar barədə ətraflı məlumat verib. Qonaq Nikolay Malomuc hər iki ölkənin təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər ətrafında aparılan müzakirələrin nəticələrindən razı qaldığını qeyd edib. İki ölkənin müvafiq strukturları arasında münasibətlərin inkişafından məmnun olduğunu deyən N. Malomic ötən gün Ukrayna Xarici Kəşfiyyat Xidməti və MTN arasında əməkdaşlığa dair imzalanmış sazişin əlaqələrin daha da möhkəmlənməsi üçün faydalı olacağını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA