iğdırlılar Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz edir

img

10-04-2009 [04:25]


"İğdırın Ermənistanla sərhəddə yerləşən Əlican, Göyçəli, Haqməhəmməd və digər kəndlərində olduq. Aprelin 24-də Türkiyə-Ermənistan sərhədlərinin açılacağı ilə bağlı informasiyaların yayılması bu kəndlərin əhalisini ciddi şəkildə narahat edir. Bizimlə görüşən sadə iğdırlılar AKP hakimiyyətinin siyasətinə etiraz edən Azərbaycan ictimaiyyətinin mövqeyini dəstəklədiklərini bildirdilər". Bu sözləri Müstəqil İnformasiya Agentliyinin əməkdaşı ilə söhbət zamanı Türkiyə səfərindən yenicə qayıdan "Reytinq" qəzetinin redaktoru Seymur Verdizadə deyib. S.Verdizadə qardaş ölkəyə səfər edən azərbaycanlı jurnalistlərin İğdır valisi Saim Saffet Qarahisarlı, İğdırın sabiq blədiyyə başqanı Nurəddin Aras, habelə yerli iş adamları, QHT rəhbərləri və ictimaiyyət nümayəndləri ilə görüşdüklərini bildirib: "İğdırlılar Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qəti şəkildə etiraz edirlər. Yerli əhali deyir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etmədən sərhədləri açmaq olmaz. Sərhəd kəndlərində yaşayan əhalinin əksəriyyəti vaxtilə Qərbi Azərbaycandan köçmüş insanlardır. Yaşlı adamlar ermənilərin dinc əhaliyə tutduğu divanı hələ də unutmayıblar".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA