imizlidə dəhzətli intihar hadisəsi baz verib

img

10-04-2009 [03:07]


İmişli rayonunda dəhşətli intihar hadiəsisi baş verib. Rayon sakini, 70 yaşlı Ağayev Tariyel Qədir oğlu özünü yüksəkgərginlikli elektrik ötürücüsü olan transfomatora ataraq həyatına qəsd edib. Bu barədə Müstəqil İnformasiya Agentliyinin İmişli rayonu üzrə bölgə müxbiri Davud Zülfüqarov məlumat verib. Onun sözlərinə görə, hadisə ilə bağlı cinayət işi açılıb, təhqiqat aparılır. İlkin rəy kimi isə 70 yaşlı kişinin intihar etməsinə səbəb ailə-məişət zəmini göstərilir. Bununla əlaqədar, İmişli Elektrik Paylayıcı Şəbəkənin məsul şəxslərinin izahatları da alınıb. Onlardan transformatorun şitinin hansı səbəbdən açıq olması da dəqiqləşdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA