Dövlət qulluğu üzrə müsabiqənin vaxtı catır

img

10-04-2009 [01:01]


Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın aprelin 25-də keçirəcəyi müsabiqə üzrə test imtahannıda 2640 namizəd iştirak edəcək. Komissiyanın mətbuat xidmətindən MİA-ya bildirilib ki, namizədlər 29 dövlət orqanı üzrə 663 vakant iş yeri uğrunda biliklərini nümayiş etdirəcəklər. Ən çox sənəd verilən dövlət orqanı İqtisadi İnkişaf Nazirliyidir- 754 namizəd. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə 313, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 243, Təhsil Nazirliyinə 211, Gənclər və İdman Nazirliyinə 135 namizəd sənəd verib. Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə 19 dövlət orqanı üzrə 194 namizəd iştirak edəcək və onlar aprelin 13-dən mayın 8-dək sınaqdan keçiriləcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA