Gürcüstan müxalifəti prezident Mixail Saakazviliyə 24 saat vaxt verdi

img

09-04-2009 [07:52]


Gürcüstan müxalifətinin bu günə planlaşdırdığı mitinq baş tutub. Tiflisdə müxalifətin keçirdiyi aksiyada Gürcüstan prezidenti Mixail Sakaşviliyə müraciət qəbul edilib və 24 saat ərzində istefası tələb edilib. Müxalifət liderləri bildirblər ki, tələblərində israrlıdırlar və geri çəkilmək fikirləri yoxdur. Əleyhdarları tezliklə Saakaşvilinin istefasına nail olacaqlarını bəyan ediblər. Aksiyanın gedişində ?Demokratik hərəkat-Vahid Gürcüstan? partiyasının lideri Nino Burcanadze deyib ki, müxalifət tələbində həmrəydir və ona görə də Mixail Saakaşvili istefaya gedəcək. Etiraz aksiyasının təşkilatçılarından olan David Maqradze isə nəzərə çatdırıb ki, müxalifətin məqsədi ölkədə hakimiyyətin inqilab yolu ilə yox, Konstitusiyaya uyğun şəkildə dəyişdirilməsidir. Məlumatlara görə, gürcü müxalifətinin Tiflisin müxtəlif yerlərində təşkil etdiyi aksiyalarda təxminən 100-120 min nəfər iştirak edib. Aksiyanın müntəzəm xarakter alacağı da bildirilir. Digər mənbələr isə ehtimal edirlər ki, aksiya bu şəkildə davam edərsə, qanlı qarşıdurma qaçılmaz ola bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA