ilham Əliyevin və Viktor Yuzzenkonun təkbətək görüzü olub

img

09-04-2009 [04:11]


Ukrayna Prezidenti Viktor Yuşşenko bu gün Azərbaycana rəsmi səfərə gəlib. Azərbaycanın və Ukraynanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Ukrayna dövlətinin başçısını Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. Milli geyimli uşaqlar Ukrayna Prezidentinə və xanımı Katerina Yuşşenkoya gül dəstələri təqdim ediblər. İki günlük səfər zamanı Viktor Yuşşenko prezident, baş nazir və Milli Məclisin sədri ilə görüşəcək. Səfərin əsas məqsədi Azərbaycan və Ukrayna prezidentləri Şurasının ilk iclasını keçirməkdir. Həmin görüşdə iqtisadi-ticari əməkdaşlıq, o cümlədən enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Danışıqlar zamanı zamanı Avropa-Asiya neft nəqli dəhlizi yaradılmasının aspektləri də müzakirə olunacaq. Qeyd edek ki, Ukrayna prezidenti Viktor Yuşşenkonun Azərbaycan son rəsmi səfəri 2008-ci ilin iyununda olub. Həmin səfər zamanı iki ölkə arasında siyasi, iqtisad, humanitar və energetika məsələləri müzakirə mövzusu olmuşdu. Aprelin 9-da Azərbaycan prezidenti İlham Əliyevin və Ukrayna prezidenti Viktor Yuşşenkonun təkbətək görüşü olub. AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan-Ukrayna əlaqələrinin bütün sahələrdə inkişafından məmnunluq ifadə olunub. Dövlət başçıları ikitərəfli münasibətlərin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, səfər zamanı imzalanacaq sənədlər Azərbaycanla Ukrayna arasında əlaqələrin daha da dərinləşməsinə zəmin yaradacaq. Prezidentlər ölkələr arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əminliklərini söyləyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA