Türkiyəli iz adamları da Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarzı çıxdılar

img

09-04-2009 [02:17]


[b]Onlar Bakıda toplaşaraq, Türkiyənin prezidenti Abdullah Gülə müraciət ünvanladılar[/b] Türkiyənin Ermənistanla sərhədlərini açmaq istəyinə etirazlar davam etməkdədir. Azərbaycanda çalışan türkiyəli iş adamları da bu gün belə bir etiraza imza atıblar. Onlar Nərimanov parkına toplaşaraq, imzatoplama kampaniyası təşkil ediblər. Azərbaycandakı türkiyəli iş adamı Yılmaz Yikoğlunun MİA-ya (mia.az) verdiyi məlumata görə, əsas məqsədləri rəsmi Ankaranın bu istəyinə mane olmaqdır: ?Türkiyə ilə Ermənistan arasında olan sərhəd Dağlıq Qarabağa görə bağlanmışdı. Biz imkan vermərik ki, ölkəmiz sərhəddi açmaqla ciddi səhvə yol versin. Çünki heç kimə sirr deyil ki, ermənilər qardaş Azərbaycanın 20 faizdən artıq torpağını işğal etmiş və orada vəhşiliklər törətmişdir. Bunun nəticəsində isə 1 milyondan artıq soydaşımız öz torpaqlarından didərgin düşmüşlər?. Y.Yikoğlu aksiyanın müsbət nəticə vercəyinə əminliyini də bildirib: ?Biz Türkiyədə yaşayan türklər və Azərbaycanda yaşayan azəri türkləri çalışacağıq ki, aksiyamızın müsbət nəticəsi olsun. Əminik ki, Cümhur başqanımız Abdullah Gül bizim müraciətimizə müsbət reaksiya verəcək?. Türkiyəli iş adamları hətta bununla bağlı, Türkiyənin dövlət başçısına müraciət də ediblər. Müraciətdə deyilir: ?Hörmətli Prezidentimiz! Biz Azərbaycanda yaşayan türk vətəndaşları və azərbaycanlılar olaraq, müraciətlərimizi nəzərə alacağınızı düşünərək, sizə bunu yazmağı borc bildik. Sizin də bildiyiniz kimi, indi Azərbaycan torpaqlarının 20 faizdən artıq ərazisi erməni işğalı altındadır və bir milyondan çox vətəndaşı Qarabağdakı yurdlanıdan uzaqda yaşamağa məcbur olmuşlar. Son zamanlar Türkiyənin Ermənistanla olan sərhəddini açmaq istəyi indiyə qədər davam edən doğru siyasətin tərk edilməsidir. Cənab Prezident! Hər iki xalqın ortaq dərdi və yarası olan Qarabağın geri alınması və əsl sakinlərinin yurdlarına qayıtması üçün Türkiyənin indiyə qədərki dəstəyinin və qardaşyana davranışının davam etməsini arzulayırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA