Yeni istifadəyə verilmiz Bakı Beynəlxalq Avtovağzal Kompleksində təmir izlərinə bazlanıb

img

09-04-2009 [12:42]


Bakı Beynəlxalq Avtovağzal Kompleksinin istifadəyə verilməsindən bir ay keçməsinə baxmayaraq, yenidən təmir işlərinə start verilib. Belə ki, bu gün səhər şəhərlərarası avtovağzalla Bakı-Sumqayıt marşurutlarının dayanacağı arasındakı yolu qazmağa başlayıblar. Müstəqil İnformasiya Agentliyinin əməkdaşı yolun qazılmasının səbəbini öyrənmək istəsə də, asfaltı qazan fəhlələr hələlik bunun səbəbini bilmədiklərini deyiblər. Ancaq fəhlələrdən biri elektrik xəttində yaranmış problemin aradan qaldırılması üçün yolu qazdıqlarını deyib. Qeyd edək ki, yolun qazılması avtovağzala girib-çıxan maşınların hərəkətinə mane olur. Görünür, milyonlarla vəsait xərclənən yeni avtovağzal kompleksi inşa olunarkən bir sıra xətalara yol verilib, ya da ki, keyfiyyətsiz materiallardan istifadə olunub. Məsələylə bağlı münasibət öyrənmək üçün Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovla əlaqə yaratmaq cəhdlərimiz uğursuz oldu. Belə ki, nazirlikdən onun nahardan sonra olacağını bildirdilər. N.Həsənov mobil telefonuna etdiyimiz zənglərə də cavab vermədi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA