Avropa Şurası Monitorinq Komitəsinin həmməruzəçiləri jurnalistlərin vəziyyətindən naratdır

img

08-04-2009 [09:03]


Bu gün Azərbaycan prezidenti İlham Əliyev Avropa Şurası Monitorinq Komitəsinin həmməruzəçiləri Andres Herkelin və xanım Yevgeniya Jivkovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən demokratik inkişaf prosesləri, Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin Avropa Şurası Monitorinq Komitəsinin həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova bu gün media təmsiçiləri ilə görüşüb. Görüşə ?Zerkalo? qəzetinin redatkoru Elçin Şıxlı, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov və media eksperti Ələsgər Məmmədli iştirak edib. Emin Hüseynov ?Turan?a bildirib ki, həməruzəçilər Azərbaycanda söz azadalığı sahəsindəki situasiya ilə maraqlanıblar. Hələ də jurnalistlərin həbsdə qalması və ?Təzadlar? qəzetinin baş redaktoru Asif Mərzilinin bu günlərdəki həbsi xüsusi olaraq nəzərə çatdırılıb. Görüşdə ?KİV haqqında? və ?Televiziya və radio yayımı haqqında? qanunlara məhdudlaşdırıcı düzəlişlər edilməsinin narahatlıq doğurduğu vurğulanıb. Həmçinin Konstitusiyaya edilən son düzəlişlərin medianın da vəziyyətini pisləşdirdiyi bildirilib. Həmməruzəçilər Azərbaycana rəsmi Bakının Avropa Şurası qarşısında götürdyü öhdəlikləri necə yerinə yetirdiyi barədə hazırlyacaqları növbəti hesabat üçün fakt toplamağa gəliblər. AŞ-nın Azərbaycandakı İnformasiya Ofisindən verilən məlumata görə, səfər çərçivəsində həmməruzəçilər Milli Məclisin sədri, xarici işlər və ədliyyə nazirləri, iqtidar və müxalifət partiyalarının nümayəndələri, səfirlər və qeyri-hökümət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirəcəklər. Həmməruzəçilərin Naxçıvan Muxtar Respublikasına səfəri də nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA