QAT Türkiyənin Ermənistanla sərhəddini açmaq istəyinə qarzı etiraz aksiyalarının keçirilməsinə tərəfdardır

img

08-04-2009 [08:31]


[b]Akif Nağı bu dəfəki aksiyanı Qeyri-Hökumət təşkilatları ilə birgə keçirmək istəyir [/b] Türkiyənin Ermənistanla sərhəddini açmaq istəyi istər Azərbaycan, istərsə də Türkiyə ictimaiyyətində birmənalı qarşılanmır. MİA-ya (mia.az) açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da Türkiyənin bu istəyinə etirazını bildirib. QAT sədrinin sözlərinə görə, rəsmi Ankara bütün bu məsələlərə aydınlıq gətirməlidir: ?Ümumiyyətlə, bu, mənfi nəticələri olacaq bir prosesdir. İndiyənə qədər Ermənistan regionda təcrid olunmuş vəziyyətdə saxlanılırdı. Bu da haqlı mövqe idi. Ötən ilin Gürcüstan hadisələrinə qədər Ermənistan o qədər də sıxıntı hiss etmirdi. O, Rusiya ilə, oradan da digər ölkələrlə əlaqə saxlayırdı. Artıq Gürcüstan hadisələrindən sonra rəsmi Yeravanın təcridolunma vəziyyəti daha da ağırlaşdı. İndi Ermənistan belə bir ağır vəziyyətdə Türkiyə ilə yaxınlaşaraq, həm onunla, həm də Qərbə çıxmaq üçün şans əldə etmək istəyir. Əgər belə olarsa, Ermənistan Dağlıq Qarabağ məsələsində heç bir güzəştə getməyəcək. Ona görə də ermənilərin işğal olunmuş ərazilərimizdə qalması bir qədər də uzana bilər. Narazılıq da bundan ibarətdir ki, Türkiyə onlara bu məsələdə yardımçı olur?. QAT sədri buna etiraz olaraq bir çox tədbirlər həyata keçirəcəyini də vurğuladı: ?Biz hələ ötən ilin sentyabr ayında ?futbol diplomatiyası? başlayanda öz münasibətimizi bildirdik. İndi də bir çox Qeyri-Hökumət təşkilatları ilə bir yerdə etiraz aksiyalarının keçirilməsi və müəyyən addımların atılması nəzərdə tutulur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA