ilham Əliyev baz redaktorun həbsinə reaksiya verib

img

08-04-2009 [06:53]


[b]Azərbaycan prezidenti İlham Əliyev Mətbuat Şurasının sədri Əflatun Amaşovun ?Təzadlar? qəzetinin həbs olunmuş baş redaktoru Asif Mərzili ilə bağlı müraciətinə reaksiya verib.[/b] Bu barədə APA-ya açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Ə. Həsənov deyib ki, prezident jurnalistin həbsi ilə bağlı xəbərdən təəssüfləndiyini bildirib. Dövlət başçısı bu kimi hallarda azadlıqdan məhrumetmə barədə qərar çıxarılmasındansa, tərəflər arasındakı problemlərin hüquqi yolla həllinə nail olmağın daha effektli ola biləcəyini söyləyib. Prezident güman etdiyini bildirib ki, siyasi plüralizmi özünün əsas prinsiplərindən biri kimi həyata keçirən Azərbaycanda jurnalistlərlə vətəndaşlar arasındakı bu və ya digər anlaşılmazlıq və qarşıdurma jurnalistlərin həbsinə səbəb olmayacaq. Dövlət başçısı bu məsələlərdə həm çəkişən tərəflərin, həm də məhkəmələrin beynəlxalq praktikada qəbul olunmuş daha münasib yollara istinad etmələrinin daha yaxşı olacağını da qeyd edib. Qeyd edək ki, Yasamal rayon Məhkəməsi bu il aprelin 7-də Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin iddiası əsasında ?Təzadlar? qəzetinin baş redaktoru Asif Mərzilinin 1 il müddətində azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. [right]LENT.AZ[/right]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA