Barak Obama ilham Əliyevə zəng edib

img

08-04-2009 [02:54]


Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığında əsas müzakirə mövzusunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin olduğu bildirilir. President.az saytınin yazdığına görə, səmimi söhbət zamanı prezidentlər Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə ediblər. Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, energetika sahəsində əməkdaşlıq və regional təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər. ABŞ prezidenti Türkiyə-Ermənistan münasibətləri ilə bağlı ABŞ dövlətinin atdığı addımlar barədə də danışıb. Azərbaycan prezidenti bu məsələ ilə əlaqədar Azərbaycan dövlətinin mövqeyini Obamaya çatdırıb. Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA