Yazıçılar Birliyi qurultaya yox, yubiley keçirməyə hazırlazır

img

08-04-2009 [02:13]


[b]AYB-də kadr dəyişikliyi gözlənilir[/b] Bu il Yazıçılar Birliyinin növbəti qurultayı keçirilməlidir. Nizamnaməyə görə Yazıçılar Birliyinin sədrliyi, katibliyi və ədəbi orqanların rəhbərliyi məsələsinə baxılması qurultayın müstəsna səlahiyyətidir. Qurultaydan əvvəl isə Yazıçılar Birliyinin ədəbi orqanlarında korrupsiya mətbuatın sevimli mövzusuna çevrilib. Belə ki, aydın olub ki, 2009-cu il dövlət büdcəsində ?Azərbaycan" jurnalına 160512, "Qobustan" jurnalına 55176, "Literaturnıy Azerbaydjan" jurnalı 77 246, "Ulduz" jurnalı 65208 , ?Ədəbiyyat? qəzetinə isə 200640 manat ayrılıb. Bundan başqa, büdcədən birbaşa Yazıçılar Birliyinin özünə ayrılan 373 min manat pulun isə adını da çəkən yoxdur. Lakin ədəbi orqanların aşağı keyfiyyəti bu pulların şəffaf xərclənməsi üzərində suallar yaradır. Buna görə də Yazıçılar Birliyi rəhbərliyində təşviş və narahatlıq yaranıb. MİA-ya (mia.az) daxil olan məlumata görə, ədəbi orqanlardakı korrupsiya halları baş redaktorların üzərinə atılacaq və onlar iş yerlərini itirəcəklər. AYB-nin Gənclər üzrə katibi Rəşad Məcid artıq ?Ədəbiyyat? qəzetinin rəhbərliyinin dəyişdirilməsi haqqında danışmağa başlayıb. Bir müddət əvvəl sensasional tərzdə Yazıçılar Birliyinə üzv olan Şərif Ağayarın ?Ədəbiyyat? qəzetinə baş redaktor təyinatı gündəmə gəlib. Onu da qeyd edək ki, Şərif Ağayar bir neçə il ərzində Mədəniyyət və Turizm Nazirliyinin ?Kino? qəzetinə uğurla rəhbərlik edib. Qurumdakı ?antisanita? fəaliyyətin yalnız ədəbi orqanların rəhbərliyinin dəyişdirilməsi ilə bitmir. Belə ki, AYB rəhbərliyi mətbuat xidmətinin işindən narazıdır. Sözcünün mətbuatda demək olar ki, heç bir nüfuzu yoxdur. Qurumun sözçülüyünə isə mətbuatda yaxşı tanınmış, gənc bir kadrın gətirilməsi gündəmdədir. Məsələ ilə bağlı AYB-nin katibi Rəşad Məcid MİA-ya (mia-az) bildirib ki, onlar qurultaya yox, qurumun 75 illik yubileyinə hazırlaşırlar. ?Biz növbəti qurultayı bu il yox, gələn il keçirmək istəyirik?. Xatırladaq ki, birliyin nizamnaməsinə görə qurultay 5 ildən bir keçirilir. Son qurultay isə 2004-cü ildə baş tutub. Amma Rəşad Məcid deyir ki, qurultay 6-7 ildən bir keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA