ilham Əliyev ATƏT-in Minsk qrupunun həmsədri Bernar Fasyeni qəbul edib

img

07-04-2009 [02:23]


[b]Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb[/b] Prezident İlham Əliyev bu gün Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun Fransalı həmsədri Bernar Fasyeni qəbul edib. Görüşdə Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin bu gün İlham Əliyev Litvanın xarici işlər naziri Viqaudas Uşatskasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanla Litva arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Litvanın xarici işlər nazirinin Azərbaycana səfərinin əhəmiyyətinə toxunan prezident İlham Əliyev əminliklə bildirib ki, bu səfər daim genişlənməkdə olan ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəkdir. Viqaudas Uşatskas Bakının İslam mədəniyyətinin paytaxtı, Vilnüsün isə Avropa mədəniyyətinin paytaxtı olduğunu bildirərək, bunun mədəni əlaqələrimizin daha da genişlənməsinə xidmət edəcəyini vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA